...

Azərbaycana turistlər əsasən bu ölkələrdən gəlib

Cəmiyyət Materials 1 Dekabr 2022 20:57 (UTC +04:00)
Azərbaycana turistlər əsasən bu ölkələrdən gəlib

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1 milyon 323,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Özbəkistan, 1,5 faizi Küveyt, 1,3 faizi Oman, 1,1 faizi Belarus, 11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,6 faizini kişilər, 25,4 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 105,4 dəfə, Omandan - 70,8 dəfə, Səudiyyə Ərəbistanından - 35,6 dəfə, Pakistandan - 22,3 dəfə, Hindistandan - 15,4 dəfə, Özbəkistandan - 6,5 dəfə, Qazaxıstandan - 5,3 dəfə, İsraildən - 4,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,2 dəfə, ABŞ-dan - 3,2 dəfə, Almaniyadan - 2,7 dəfə, Fransadan - 2,4 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, Ukraynadan - 1,7 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 44,1 faiz, Gürcüstandan - 28,3 faiz artıb.

2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,7 dəfə artaraq 307,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 62,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 462,9 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti