...

İntim videoları yayılan FHN polkovnikinin məhkəməsi başlayır

Cəmiyyət Materials 3 Dekabr 2022 09:55 (UTC +04:00)
İntim videoları yayılan FHN polkovnikinin məhkəməsi başlayır

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda iş otağında intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Məhəmməd Əkbərov sədrlik edəcək.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində intim videosu yayılan iki qadın və Fövqəladə Hallar Nazirliyi tanınıb.

Xatırladaq ki, Z. Mirzəyev bu il avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti