Bakı. Trend:
Azərbaycanda ölüm səviyyəsi azalıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, bu ilin 10 ayı ərzində ölkədə 50457 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,4-dən 6,0-a düşüb.
Ümumilikdə, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 54452 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il noyabr ayının 1-i vəziyyətinə 10 210 818 nəfərə çatıb.