...

Xaçmazda ümumrayon iməciliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2022 17:32 (UTC +04:00)
Xaçmazda ümumrayon iməciliyi keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda mütəmadi olaraq iməciliklər keçirilir, təmizlik işləri görülür. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti iməcilikdə müxtəlif idarə, müəssisə, təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri, bələdiyyələr və sakinlər fəal iştirak ediblər.

Səhər saatlarından başlayan iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, yeni ağaclar əkilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xanoba kəndində təşkil olunan aksiyada iştirak edib. İcra başçısı sakinlərlə birlikdə Xanoba kənd qəbristanlığının kənarlarına yeni ağaclar basdırıblar.

Elnur Rzayev səmimi söhbət zamanı ekoloji aksiyaların əhəmiyyətindən danışıb, bu cür tədbirlərin vaxtaşırı təşkil olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması rayonumuzun daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti