Bakı. Trend:
Bu il 20 minə yaxın şəxsə stasionar yarımstasionar və səyyar xidmət göstərilib.
Trend-in məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına dair bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Vətən müharibəsindən sonra 4300-dən çox müharibə əlili və şəhid ailəsi mənzil və fərdi evlərlə təmin olunub.
Ümumilikdə isə 13 100 şəxsə mənzil verilib.