...

20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 29 Dekabr 2022 09:44 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində ( 3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində ( yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sözügedən yolöütürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, dekabr ayının 30-dan 31-nə keçən gecədən etibarən 2023-cü il yanvar ayının 4-ü axşam saatlarınadək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti