Bakı. Trend
Cari ildə Dövlət Ekoloji Ekspertiza Agentliyinə idxal-ixrac əməliyyatları ilə əlaqədar 104 müraciət daxil olub. Onların 70-dən çoxu elektron formadadır.
Trend xəbər verir ki, bunu bu gün Dövlət Ekoloji Ekspertiza Agentliyi İdxal-ixrac əməliyyatları üzrə ekspertiza şöbəsinin müdiri Asif Ədilov deyib.
Agentliyin rəy və icazələrin monitorinqi şöbəsinin müdiri İlham Bağırov isə qeyd edib ki, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün 1 icazə verilib. Rəy və icazələrin 200 monitorinqi keçirilib.