...

"ASAN xidmət"də Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb

Cəmiyyət Materials 6 Yanvar 2023 11:44 (UTC +04:00)
"ASAN xidmət"də Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin "ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün ASAN Xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, indiyədək Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişdirməsi ildə bir neçə dəfə yalnız Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində və ya Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi. Bu da istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini və ya digər sənədlərini dəyişdirmək istəyən vətəndaşlar üçün əlavə çətinlik və vaxt itkisinə səbəb olurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti