Bakı. Trend:
“Azəristiliktəchizat” ASC balansında olan mənzil, məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi və digər sosial və təsərrüfat obyektlərini istiliklə təmin edilməsində hələ ki, problem qeydə alınmayıb.
Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-dən bildiriblər.
Bildirilib ki, qazanxalarda və istilik məntəqələri tam gücü ilə fəaliyyət göstərir. Qurumun müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki,“Azəristiliktəchizat” ASC ölkəmizin 60-a yaxın şəhər və rayonunda 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektlərini istiliklə təmin edir.