...

Ölkə üzrə ümumtəhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti azalıb - Nazirlik

Cəmiyyət Materials 9 Yanvar 2023 15:41 (UTC +04:00)
Ölkə üzrə ümumtəhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti azalıb - Nazirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumtəhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb. Bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır.

"Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti