...

Milli Məclisdə sənədsiz evlər məsələsi qaldırılıb

Cəmiyyət Materials 26 Yanvar 2023 12:03 (UTC +04:00)
Milli Məclisdə sənədsiz evlər məsələsi qaldırılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün əsas məsələlərdən biri sənədsiz evlər problemidir. Ona görə də bələdiyyə torpaqları təftiş olunmalıdır.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.

A.Badamov deyib ki, bələdiyyə torpaqlarının təftiş olunması vacibdir. “Buna ehtiyac var. Əgər həmin torpaqlar kənd təsərrüfatı üçün nəzərdə tutulubsa, niyə fərdi evlər tikilib? Burada məsuliyyətli şəxslər qanun qarşısında cavab verməlidir. Bundan başqa həmin torpaqlarda ev tikənlərin sənəd məsələləri həll olunmalıdır. Bu da minlərlə insanı əhatə edir. Amma qeyd etdiyim kimi, belə halların yaşanmasına məsul olan şəxslər cavab verməlidir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti