...

Son iki ildə Çernobıl əlillərinə 330-dan çox mənzil təqdim edilib

Cəmiyyət Materials 7 Fevral 2023 10:56 (UTC +04:00)
Son iki ildə Çernobıl əlillərinə 330-dan çox mənzil təqdim edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Çernobıl əlillərinə 330-dan çox mənzil təqdim edilib.

Bu barədə Trend-ə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq imtiyazlı kateqoriyadan olan digər vətəndaşlarımızın da sosial-məişət şəraitlərinin yaxşılaşdırılması işləri aparılır.

"Belə ki, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər də mənzil və ya fərdi evlə təmin edilir. Bu sahədə işlərin davamı olaraq, həmin şəxslərə 2021-ci ildə 258, son iki ildə 330-dan çox mənzil təqdim edilib.

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də əhalinin sosial cəhətdən həssas qruplarının, xüsusi qayğıya ehtiyac duyan şəxslərin sosial müdafiəsinin gücləndirlməsidir.

Ölkəmizdə müxtəlif sosial proqramlarla həmin kateqoriyalara aid insanların rifahına dəstək göstərilir. Hazırda həssas əhali qrupları aylıq sosial ödənişlərlə təmin edilir, bu sosial ödənişlər mütəmadi artırılır.Dövlət başçısının Fərman və Sərəncamları ilə son beş ildə icra olunan 4 sosial islahat paketlərinin əsas istiqmətlərindən biri olaraq da həmin ödənişlərin ciddi şəkildə artırılması təmin edilib.", - deyə V. Behbudov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti