Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan Trend-ə verilən məlumata görə, yanvarın 30-dan fevalın 4 -dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 7 tank əleyhinə mina və 168 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Həftə ərzində 362 hektar ərazi mina və PHS-lərdən təmizlənib.