...

“Elmlər Akademiyası” metro stansiyasında yeni işıqlanma sistemi qurulub

Cəmiyyət Materials 9 Fevral 2023 13:44 (UTC +04:00)
“Elmlər Akademiyası” metro stansiyasında yeni işıqlanma sistemi qurulub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Metronun “Elmlər Akademiyası” stansiyasının işıqlandırma sistemi yenilənib.

Qurumdan Trend-ə verilən məlumata görə, işlər sərnişindaşıma prosesinə maneə törətmədən gecə növbəsində aparılıb. Köhnəlmiş, həmçinin enerji sərfiyyatı çox olan 72 Vt-lıq 67 lampa çıxarılaraq dairəvi formalı plafonlardan ibarət 33 led lampa ilə əvəz edilib.

Plafonların dairəvi formada olması 360 dərəcə boyunca işıqlandırmanı yüksək səviyyədə təşkil etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti