Bakı. Trend:
300-dən çox məktəbdə şagird davranış qaydalarının tətbiqinə başlanılıb.
Bu barədə Trend-ə Elm və Təhsil nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, ilkin olaraq pilot layihə olaraq tətbiq edilən qaydalar 322 min nəfərdən çox şagirdi əhatə edəcək.
Xatırladaq ki, ötən il məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlər üçün cəza tədbirləri müəyyənləşib.
Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı,
- qeyri-verbal münasibət,
- şagirdlərlə sakit söhbət,
- xəbərdarlıq,
- uzaqlaşdırma,
- valideyn ilə əlaqə saxlamaq,
- dərsdən sonra şagirdin məktəbdə saxlanması,
- psixoloqa yönləndirmə,
- sarı xəbərdarlıq,
- narıncı xəbərdarlıq,
- qırmızı xəbərdarlıq.