...

Müharibə əlili Taleh Camalovun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Cəmiyyət Materials 1 Mart 2023 10:40 (UTC +04:00)
Müharibə əlili Taleh Camalovun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Bakı. Trend:

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, müharibə əlili Taleh Camalovun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qazimiz bundan öncə də Türkiyədə müalicə alıb və məişət şəraiti yaxşılaşdırılıb.

Görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti