...

"YAŞAT" Fondu tərəfindən təhsil istiqaməti üzrə dəstək davam edir

Cəmiyyət Materials 2 Mart 2023 18:14 (UTC +04:00)
"YAŞAT" Fondu tərəfindən təhsil istiqaməti üzrə dəstək davam edir

Bakı. Trend:

"YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin təhsil xərclərinin qarşılanması üzrə dəstək tədbirləri davam edir.

Şəhidimiz Ruslan Tağıyevin övladı, İdrak Liseyinin 9-cu sinif şagirdi Fuad Tağızadənin 2 il ərzində tədris üzrə təhsil haqqı Fond tərəfindən ödənilib. Fuad, həmçinin 9-11-ci siniflər üçün təşkil edilmiş “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin qalibi olub!

Eyni zamanda şəhidimizin digər oğlu Poladın və qızı Nurayın təhsil haqqları Fond tərəfindən qarşılanır.

"Youtube" - https://youtu.be/e9dkTv26CFY
Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada link - https://we.tl/t-iWEQvNB34W

Məqalədə:
Xəbər lenti

Xəbər lenti