...

Deputatlar maaşlarının bir hissəsinin Yaşat Fonduna köçürülməsini təklif edib

Cəmiyyət Materials 11 Aprel 2023 11:32 (UTC +04:00)
Deputatlar maaşlarının bir hissəsinin Yaşat Fonduna köçürülməsini təklif edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında Yaşat Fondunun maliyyə problemlərinin yaranması barədə məsələ qaldırılıb.

Trend-in məlumatına görə, bir neçə deputat Yaşat Fonduna maliyyə dəstəyinin göstərilməsinin vacibliyinin vurğulayıb. Belə ki, deputatlar Dövlət Neft Fondundan Yaşat Fonduna maliyyənin ayrılmasını, millət vəkillərinin maaşının bir hissəsinin Fonda köçürülməsini təklif edib, o cümlədən sahibkarları Yaşat Fonduna dəstək göstərməyə çağırıblar.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli isə qeyd edib ki, parlament, digər dövlət qurumları Yaşat Fonduna davamlı dəstək göstərir. “Deyirsiniz maliyyə problemləri yaranıb, gərək biz bunu araşdıraq”, - deyə Ə.Hüseynli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti