...

12 mart tarixində keçirilən imtahanın nəticələri gələn həftə açıqlanacaq

Cəmiyyət Materials 11 Aprel 2023 11:47 (UTC +04:00)
12 mart tarixində keçirilən imtahanın nəticələri gələn həftə açıqlanacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin növbəti həftənin əvvəli elan olunması nəzərdə tutulur.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, nəticələr hazır olan kimi elan olunur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti