...

Azərbaycanda bu il 19 mindən çox körpə doğulub

Cəmiyyət Materials 17 Aprel 2023 12:12 (UTC +04:00)
Azərbaycanda bu il 19 mindən çox körpə doğulub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti