Bakı. Trend:
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin IV Hesabat-Seçki Konfransı yekunlaşıb.
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olmuş, bu sahədə atılan addımlarda ön sıralarda yer almışdır.
Hesabat-Seçki Konfransında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi üzrə meneceri Həsən Səmədov, Unicef Azərbaycanın “Gənclər və Yeniyetmələrin İnkişafı” üzrə mütəxəssisi Natik Umarov, Gənclər Təşkilatları rəhbərləri və birliyin üzvləri iştirak etdi.
Birliyin keçmiş sədri Rüfət Qazızadə 2021-2023-cü illər ərzində həyata keçirilən layihələrin hesabatını təqdim etdi və hesabatdan sonra yeni idarə heyəti, idarə heyəti sədri seçkisi baş tutdu.
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin yeni sədri səs çoxluğu ilə Aynurə Salmanlı seçildi.