...

Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2023 18:11 (UTC +04:00)
Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb (FOTO)

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi aşkarlanıb.

Yol polisi əməkdaşları ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobillərdən istifadə etməli olduqlarını sürücülərin diqqətinə çatdırıb və həmin nəqliyyat vasitələrinin sahibləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti