...

Gəncədə xəstəxanadakı yanğına görə 58 nəfər təxliyə edilib

Cəmiyyət Materials 26 Aprel 2023 11:13 (UTC +04:00)
Gəncədə xəstəxanadakı yanğına görə 58 nəfər təxliyə edilib

Bakı. Trend:

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib.

Vəziyyət nəzarət altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti