...

Azərbaycanda himayədar ailə olmaq istəyən ailələrin uçotu aparılacaq

Cəmiyyət Materials 27 Aprel 2023 18:16 (UTC +04:00)
Azərbaycanda himayədar ailə olmaq istəyən ailələrin uçotu aparılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) uçotu aparılacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Belə ki, bununla bağlı Məcəlləyə yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti