...

Məhdudiyyət olmasa, ailə evi müəssisəyə çevirə bilər - Nazir müavini

Cəmiyyət Materials 3 May 2023 13:29 (UTC +04:00)
Məhdudiyyət olmasa, ailə evi müəssisəyə çevirə bilər - Nazir müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz himayədar ailəyə verilən uşaq sayını məhdudlaşdırmasaq, hesab edirik ki, uşaq sayında artım ola bilər.

Trend-in məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O qeyd edib ki, misal olaraq, bir ailə 10-15 uşaq himayəyə götürmək istəyə bilər. “Bu da faktiki olaraq ailənin müəssisəyə çevrilməsinə gətirib çıxaracaq. Bununla da ana hədəfimizdən yayınmış olacağıq. Yenə də uşağı ailə mühitində böyüdə bilməyəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda himayədar ailə olmaq üçün uşaq sayı ilə bağlı məhdudiyyət müəyyən edilir.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, Məcəlləyə 145.8.( Öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz) və 145.9. (Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla) maddələr əlavə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti