...

“Google xəritələr" təyinat yerinizin marşrutunu, hətta hava şəraitini simulyasiya edəcək

Cəmiyyət Materials 12 May 2023 10:33 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellektin vasitəsi ilə “Google xəritə" tamamilə yeni səviyyəyə çıxır.

Yaradılan yeni funksiya təyin edilən marşrut boyunca nəqliyyat və hava şəraitini simulyasiya edəcək. Bununla da istifadəçi getmək istədiyi yerin vəziyyətini əvvəlcədən görə biləcək.

Trend-in məlumatına görə, "İmmersiv Görünüş" adlanan yeni funksiya məkanın üçölçülü təsvirlərinin yaradılmasını əhatə edəcək. Üstəlik, bu şəkillərə hərəkət əlavə olunacaq. Tutaq ki, siz A nöqtəsindən B nöqtəsinə marşrut yaratdınız. “İmmersiv Görünüş” sizə A nöqtəsindən B nöqtəsinə qədər olan marşrutda nəqliyyat və hava şəraitini, həmçinin ərazidəki sıxlığı göstərəcək. Bu xüsusiyyət tamamilə süni intellekt tərəfindən dəstəklənir.

“Google Maps”in yeni funksiyası sayəsində istifadəçilər getmək üçün yer haqqında əvvəlcədən məlumat əldə etmək imkanı əldə edəcəklər. Ancaq bu xüsusiyyət hələ ki dünyada geniş yayılmayıb. “İmmersiv Görünüş” xüsusiyyəti hələki aşağıdakı 15 şəhərdə olacaq:

Amsterdam, Berlin, Dublin, Florensiya, Las-Veqas, London, Los Anceles, Nyu York, Mayami, Paris, Seatl, San Francisko, San Jose, Tokyo və Venesiya.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti