...

Xaçmaz Peşə məktəbi əsaslı təmir olunur (FOTO)

Cəmiyyət Materials 25 May 2023 16:21 (UTC +04:00)
Xaçmaz  Peşə məktəbi əsaslı təmir olunur (FOTO)

Bakı. Trend:

Nərəcan kəndində yerləşən peşə təhsili müəssisəsi 5 mərtəbəli olmaqla 280 şagird yerlikdir. Burada 14 sinif və 2 kompyuter otağı, 2 emalatxana, laboratoriya, kitabxana və akt zalı mövcuddur.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Peşə məktəbində dərslərin gedişi və təmir işlərinin aparılması ilə maraqlanıb. İşlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün müvafiq tövsiyyələrini verib.

Xaçmaz Peşə məktəbi 1968-ci ildən fəaliyyət göstərir. Məktəbin binası indiyədək əsaslı təmir olunmadığından qəzalı vəziyyətə düşmüşdü. Bu səbəddəndə Elm və Təhsil naziliyi tərəfindən təhsil müəssisəsinin əsaslı təmirinə başlanılıb və növbəti dərs ilinin əvvəlindən istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti