...

“Gənclərə dəstək” layihəsi çərçivəsində Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub (FOTO)

Cəmiyyət Materials 31 May 2023 17:59 (UTC +04:00)
“Gənclərə dəstək” layihəsi çərçivəsində Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub (FOTO)

Bakı. Trend:

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub.

Trend xəbər verir ki, konsertin əvvəlində çıxış edən Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, musiqişünas Nərminə Abdullayeva tamaşaçılara layihə haqqında geniş məlumat verib.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (Bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının Xalq Artisti Ağaverdi Paşayev) solist, Beynəlxalq müsabiqələr laureatı Cəlal Səmədov öz ifasını dinləyicilərə təqdim edib.

Proqramda Vasif Adıgözəlovun “Piano və xalq çalğı alətləri orkestri üçün Konsert”, Modest Musorqskinin “Sərgidən şəkillər” piano silsiləsindən “Köhnə qala”, Musa Mirzəyevin “Azərbaycan” rəqsi, Pyotr İliç Çaykovskinin “İlin fəsilləri” piano silsiləsindən “Payız nəğməsi” və Fikrət Əmirovun “Piano və xalq çalğı alətləri orkestri üçün Konsert” səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti