...

Xaçmazın gilas bağlarında məhsul yığımı davam edir (FOTO)

Cəmiyyət Materials 19 İyun 2023 16:21 (UTC +04:00)
Xaçmazın gilas bağlarında məhsul yığımı davam edir (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda gilas bağlarında məhsul yığımı davam edir.

Xaçmaz RİH-dən Trend-ə verilən məlumata görə, hazırda rayonda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon”, “Ağ gilas” və başqa növləri yığılır.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Pirquluoba kəndinin gilas bağlarında olub, məhsuldarlıqla maraqlanıb.

Fermerlərlə səmimi söhbət edən icra başıçısı onların təkliflərini dinləyib. Elnur Rzayev dövlət tərəfindən həyata keçirilən aqrotexniki dəstək mexanizmləri barədə ətraflı məlumat verib. Rayonda meyvə bağlarının artırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Bağ sahibləri bu ilki məhsuldarlığın və gilasın satış qiymətinin qənaətbəxş olduğunu bildiriblər. Onlar yaradılan şərait və göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xaçmaz rayonunda 3695 hektar gilas bağı var ki, bunun da 2943 hektarı barverəndir. Ötən il gilas bağlarından 20 min 186 ton məhsul yığılıb. Hər hektara görə məhsuldarlıq 100 sentnerə yaxın olub.

Fermerlər bu il gilası Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac edə bilirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti