Bakı. Trend:
Azərbaycanda 2500-ə qədər məscid var. Onlardan 1500-ə qədəri daimi fəaliyyət göstərir.
Trend-in xəbərinə görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, din adından sui-istifadə halları yalnız islama aid deyil: “Başqa dinlərdən də sui-istifadə halları vardır. Dövlətimizin qarşısında duran vəzifə Azərbaycanı bölgənin ən güclü dövlətinə çevirməkdir”.
Dövlət Komitəsinin sədri bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman milli-mənəvi dəyərlərin qorunmasına öz töhfəsini verəcək.