...

Azərbaycanda ölüm göstəricisi azalıb

Cəmiyyət Materials 13 İyul 2023 11:31 (UTC +04:00)
Azərbaycanda ölüm göstəricisi azalıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ölüm göstəricisi azalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkədə cari ilin yanvar-may ayları ərzində 26150 ölüm halı qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,7-dən 6,2-yə düşüb.

Ümumilikdə əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il iyun ayının 1-i vəziyyətinə 10148057 nəfər təşkil edib.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti