...

Cari ilin ilk altı ayında Bakıda 122 cinayət işinin ibtidai istintaqı tamamlanıb

Cəmiyyət Materials 16 İyul 2023 04:45 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarısında Bakı şəhər prokurorluq orqanları tərəfindən 122 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi ziyanın 1 milyon 659 min 584 manatının və ya 52,9 faizinin ödənilməsi təmin olunub.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunun cari ilin birinci yarısına həsr olunmuş müşavirəsində bildirilib.

Qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

Xəbər lenti