...

Kimlər və necə himayədar valideyn ola bilər?

Cəmiyyət Materials 17 İyul 2023 14:14 (UTC +04:00)
Kimlər və necə himayədar valideyn ola bilər?

Bakı. Trend:

Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları ilə ölkəmizdə tətbiqinə başlanan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsi və inkişafına xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, eyni zamanda məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır.

Kimlər və necə himayədar valideyn ola bilər? Bunun üçün aşağı yaş həddi neçədir? Himayədar valideynlərin hansı hüquq və vəzifələri var? Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu necə müəyyən edilir? Neçə uşaq himayəyə götürmək olar? “Himayədar ailə” qayğı modelinin uşağı övladlığa götürmədən fərqi nədir? Bu və mövzu ilə bağlı digər məsələlərə dair məlumatlandırıcı posterləri təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti