...

Bakıda avtomobildən oğurluq edən Sumqayıt şəhər sakini saxlanıldı

Cəmiyyət Materials 22 İyul 2023 11:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Mercedes” markalı bir avtomobilin salonunda olan çantadan 3100 dollar, 1500 lirə və 400 lari oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti