...

AYDA-nın “Çağrı Mərkəzi”nə 596 zəng daxil olub - İyul ayı ərzində

Cəmiyyət Materials 3 Avqust 2023 12:43 (UTC +04:00)
AYDA-nın “Çağrı Mərkəzi”nə 596 zəng daxil olub - İyul ayı ərzində

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) “Çağrı Mərkəzi”nə iyul ayı ərzində 596 zəng daxil olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, zəng edən vətəndaşların 192-nin müraciəti yerindəcə, 327 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 77 müraciət digər qurumlara yönləndirilib.

Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən agentlikdə “Çağrı Mərkəzi” (0125997975) yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib.

“Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində agentlikdə görülən işlərin tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti