...

Peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı açıqlandı

Cəmiyyət Materials 12 Avqust 2023 11:41 (UTC +04:00)
Peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2020-2024-cü illər ərzində peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə bildirilib ki, peşə təhsili müəssisələrinə 2020-ci ildə 11 min 814, 2021-ci ildə 14 min 876, 2022-ci ildə 22 min 16, 2023-cü ildə isə 24 min 90 nəfər müraciət edib.

Xatırladaq ki, 2023/2024-cü tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin sentyabrın 1-dən 5-dək həyata keçirilməsi planlaşdırılır.

2023/2024-cü tədris ili üzrə tələbə qəbulunun I mərhələsi 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 min 420 yer üzrə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti