...

Universitetlərdə plan yerlərinin artırılması məqsədəuyğundur?

Cəmiyyət Materials 14 Avqust 2023 13:16 (UTC +04:00)
Universitetlərdə plan yerlərinin artırılması məqsədəuyğundur?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycan Universitetlərinə 55 900 tələbənin qəbul olunacağı nəzərdə tutulub.

Bu ölkə tarixində rekord göstəricidir. Plan yerlərin artırılması nə qədər məqsədəuyğundur?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, Azərbaycanda hər 100 nəfərdən 17-si ali təhsillidir.

"Hazırda ali təhsilli şəxslərin sayı qənaətbəxş deyil. Ölkədə ali təhsil şəbəkəsini artırmaq lazımdır. Bu il qəbul planının təqribən 20% artırılması təhsilin əhatəsinin genişləndirilməsinə xidmət edir. Bu heç də təhsilin keyfiyyətinin aşağı düşməsi anlamına gəlməməlidir. Əksinə, ölkədə yeni ali təhsil müəssisələri və tələbə sayınının artırılması tendensiyası davam etdirilməlidir", - deyə təhsil eksperti əlavə edib.

Ekspertin sözlərinə görə, ali təhsil müəssisələrində əmək bazarının tələblərinə uyğun olaraq, kadr hazırlığının olması daha məqsədəuyğundur.

"Eyni zamanda Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası davam edir. Kolleclərin və orta ixtisas təhsilin ləğv edilməsini təklif edirik və subbakalavrların ali təhsillə birləşdirilməsi, ali təhsilin üç deyil, dörd səviyyə olmasını təklif edirik. Ümumilikdə bu tələbatı nəzərə alaraq, davam etdirilməsi yaxın bir neçə il ərzində tələbə qəbulunun 100 minə çatdırılması ən doğru addım olardı. Bu gün plansız təhsil alanlar çoxdur. Belə ki, kənd təsərrüfatı və bir neçə sahə üzrə ciddi kadr çatışmazlığı var. Əmək bazarı ciddi öyrənilməli və iş yerləri leqallaşdırılmalıdır", - deyə E. Qafarov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti