...

18 yaşlı gənc qonşusunu öldürdü

Cəmiyyət Materials 16 Avqust 2023 18:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Daşkəsəndə həmkəndlisinin ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avqustun 16-da saat 11 radələrində Daşkəsən rayonunun Güneykənd kənd sakini 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Elnur Quluyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə həmkəndlisi Məmməd Əmrahova xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. Elnur Quluiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti