...

Uşaqların himayədar ailələrə verilməsinə nə vaxt başlanacaq? - Rəsmi AÇIQLAMA

Cəmiyyət Materials 22 Avqust 2023 13:18 (UTC +04:00)
Uşaqların himayədar ailələrə verilməsinə nə vaxt başlanacaq? - Rəsmi AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailələrə verilməsinə dair müvafiq sənədlər hazırlanır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən 12 iyul 2023-cü il tarixdə imzalanan qanunvericilik aktları ilə Azərbaycanda himayədar ailə institutunun tətbiqinə başlanıb:

"Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur. Eyni zamanda, məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır.

Prezident İlham Əliyevin 2022-ci il 15 fevral tarixli fərmanına əsasən, himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Prezident İlham Əliyev tərəfindən 12 iyul 2023-cü il tarixli 2210 nömrəli fərmanın 2-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə forması”, “Himayədar ailələrə verilən vəsiqəninin nümunəsi” və “Himayədar valideyn olmaq istəyən şəxsin ərizəsinin forması” təsdiq etmək tapşırılıb".

Qeyd edilib ki, tapşırığın icrası olaraq hazırlanmış forma və nümunələr hüquqi qüvvəyə mindikdən sonra uşaqların himayədar ailələrə verilməsi prosesinə başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti