...

Peşə məktəblərinə fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilib

Cəmiyyət Materials 24 Avqust 2023 15:18 (UTC +04:00)
Peşə məktəblərinə fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

24 avqust tarixində 2023/2024-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Bu barədə Trend-ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən xəbər verilib.

Qeyd edilib ki, müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 2519 namizəddən 1962 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən 1409 namizəd vakant yerlər uğrunda mübarizə aparıblar.

90 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti