...

MDU-da “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət Materials 27 Avqust 2023 22:20 (UTC +04:00)
MDU-da “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev ili" çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.

Dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı üçün göstərdiyi müstəsna xidmətlərdən söhbət açıb və Ulu Öndərin yüksək intellekti, vətənə və ana dilimizə sonsuz məhəbbətinin bu tarixi missiyada misilsiz rol oynadığını qeyd edib.

Sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova və kafedranın əməkdaşı, əməkdar müəllim Könül Aydın çıxış ediblər. Çıxışlarda əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı ilə bağlı həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətdən, yaradıcı insanlara, şair və yazıçılara göstərdiyi diqqət və qayğıdan bəhs edilib.

Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti