...

“Hepsiburada” da Azərbaycanda fəaliyyətə başlaya bilər - CEO-dan AÇIQLAMA

Cəmiyyət Materials 11 Sentyabr 2023 13:10 (UTC +04:00)
“Hepsiburada” da Azərbaycanda fəaliyyətə başlaya bilər - CEO-dan AÇIQLAMA

Bakı. Trend:

Türkiyənin aparıcı onlayn ticarət platforması “Hepsiburada” Azərbaycanda fəaliyyətə başlaya bilər.

Trend Türkiyə mətbuata istinadən xəbər verir ki, bunu “Hepsiburada”nın CEO-su Nilhan Onal Gökçetekin deyib.

O bildirib ki, hazırda Azərbaycan və İsrail kimi regional ölkələrinə investisiya qoyulması istiqamətində sınaqlara başlanılıb:

“Fərqli dillərdə və müxtəlif valyutalarda xidmətlər göstərməyə başladıq. Gələcək günlərdə və illərdə Türkiyənin ixracatına ciddi töhfə verəcəyik. Biz mədəni və tarixi əlaqələrimizin olduğu coğrafiyalarla əməkdaşlıq və tərəfdaşlıq üzərində işləyirik. Şirkət olaraq ticarətin rəqəmsallaşmasına istiqamət verən innovativ texnologiyalara sərmayə qoymağı hədəfləyirik”.

Xatırladaq ki, “Hepsiburada.com” 1998-ci ildə yaradılıb. O yalnız online xidmət göstərən alış-veriş platformasıdır.

Qeyd edək ki, Türkiyənin tanınmış elektron ticarət platformalarından biri olan “Trendyol” da bu ilin mayın 3-dən Azərbaycanda rəsmi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti