...

Bələdiyyələr qanunsuz torpaq sata bilməyəcək - Dəyişiklik daha nələrə mane olacaq?

Cəmiyyət Materials 13 Sentyabr 2023 10:51 (UTC +04:00)
Bələdiyyələr qanunsuz torpaq sata bilməyəcək - Dəyişiklik daha nələrə mane olacaq?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qanunsuz tikililərin qarşısının alınması üçün şəffaflığın təmin edilməsi vacibdir. Düşünürəm ki, bir müddət öncə Torpaq Məcəlləsinə edilən dəyişiklik şəffaflığın təmin edilməsi və qanunsuz evlərin tikilməsinin qarşısının alınması üçün vacibdir.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən olunması, onların elektron sistemə daxil edilməsi həm aşkarlığın təmin olunması, həm də müəyyən nöqsanların aradan qaldırılması üçün çox vacibdir.

“Bu, müəyyən neqativ halların qarşısının alınması üçündür. Həm bələdiyyələr, həm də icra hakimiyyətləri tərəfindən verilmiş torpaqlarda tikilmiş evlərə hüquqi sənədlərin verilməsi çətin vəziyyətdədir.

Qanunsuz tikililərin qarşısının alınması üçün bələdiyyə torpaqları dəqiqləşdirilməlidir və bələdiyyələrə lazım olan sənədlər verilməlidir. Ancaq bir çox bələdiyyələrə bu xəritələr, onların əraziləri haqqında sənədlər verilməyib və ona görə də bu cür nöqsanlar olub. Bələdiyyə torpaqlarından istifadə ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsinə və ilk növbədə mövcud nöqsanların aradan qaldırılmasına yönəldilib. Bu sahədə görülən işlər sürətləndirilməlidir”, - deyə T.Rzayev bildirib.

Qeyd edək ki, Torpaq Məcəlləsinə edilən dəyişikliyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyə verən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti