...

Sumqayıt sakininin bank kartından pulları oğurlandı

Cəmiyyət Materials 18 Sentyabr 2023 10:41 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda bir nəfərin bank kartından pulları oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2743 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti