...

Məktəb və universitetlərin yaxınlığında tıxaclar azalıb? - NİİM açıqladı (VİDEO)

Cəmiyyət Materials 18 Sentyabr 2023 11:19 (UTC +04:00)
Məktəb və universitetlərin yaxınlığında tıxaclar azalıb? - NİİM açıqladı (VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aparılan maarifləndirmə tədbirləri öz effektini verir. Yeni tədris ilinin ilk günündə paytaxt ərazisində təhsil ocaqlarının yaxınlığında və yollarda vəziyyət nisbətən yaxşılığa doğru dəyişib.

Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Belə ki, bu il sentyabrın 15-də məktəb və universitetlərin yaxınlığında, eləcə də yollarda sıxlıq əvvəlki illərlə müqayisədə az olub.

Təhsil müəssisələrinin yaxınlığında yol polisi əməkdaşları tərəfindən də görülən tədbirlərlə övladlarını təhsil ocaqlarına aparan vətəndaşların rahat gediş-gəlişi təmin edilib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təbliğat tədbirlərinin davamı olaraq şagirdləri məktəblərə aparan sürücülər üçün hazırladığı marifləndirici videoçarxı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti