...

Məscidlər vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesi başa çatdı

Cəmiyyət Materials 20 Sentyabr 2023 16:55 (UTC +04:00)
Məscidlər vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesi başa çatdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə prosesi başa çatıb.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

6 vakansiya üzrə keçirilən müsahibə prosesində qadın namizədlərdən 23, imam və imam müavini vəzifələrinin tutulması üçün 13 vakansiya üzrə 52 nəfər müvəffəqiyyət qazanıb.

19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113 qadın, 180 kişi olmaqla, ümumilikdə 293 nəfərin müraciəti qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti