...

Milli Məclisin deputatları, rəsmi şəxslər Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edir (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Sentyabr 2023 11:17 (UTC +04:00)
Milli Məclisin deputatları, rəsmi şəxslər Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edir (FOTO/VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 27-də - Anım Günündə Milli Məclisin deputatları, rəsmi şəxslər Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edirlər.

Trend xəbər verir ki, ziyarətçilər parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoyublar, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti