...

NEQSOL Holding əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün Infosec IQ ilə tərəfdaşlıq edir

Cəmiyyət Materials 3 Oktyabr 2023 15:35 (UTC +04:00)
NEQSOL Holding əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün Infosec IQ ilə tərəfdaşlıq edir

Bakı. Trend:

NEQSOL Academy kibertəhlükəsizlik üzrə təhsil və maarifləndirmə həllərinin aparıcı təchizatçısı olan Infosec IQ ilə strateji tərəfdaşlığa başlayıb. Bu əməkdaşlıq NEQSOL Holding-in işçi qüvvəsinin kibertəhlükəsizlik təhdidləri və ən yaxşı təcrübələri haqqında məlumatlılığını və anlayışını artırmaqla onların kibertəhlükəsizliyə hazırlığını gücləndirmək məqsədi daşıyır.

Bu strateji əməkdaşlıq çərçivəsində Infosec IQ kibertəhlükəsizlik maarifləndirməsinə dair qabaqcıl təlim proqramları təqdim edəcək. Bu proqramlar parol təhlükəsizliyinin gücləndirilməsi və həssas məlumatların qorunması da daxil olmaqla, geniş spektrli mühüm mövzuları əhatə edəcək. Bu isə əməkdaşları hər-hansı kibertəhlükəsizlik təhdidlərini müəyyən etməyə imkan verəcək və onlara cavab vermək üçün lazımi təcrübə və bacarıqlarla təchiz edəcək.

“Bugünkü müasir rəqəmsal mənzərədə kibertəhlükəsizlik əsas prioritetə çevrilib. Bu sahə davamlı olaraq inkişaf edir, mürəkkəbləşir və qlobal miqyasda təşkilatlar üçün əhəmiyyətli risklər yaradır. Müxtəlif sənayelər üzrə biznes maraqlarına malik qlobal bir təşkilat kimi NEQSOL Holding üçün rəqəmsal aktivlərinin qorunması və əməliyyatların təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Biz əminik ki, Infosec IQ ilə tərəfdaşlıq bizə əməkdaşlarımızın təhsili və səlahiyyətlərinin artırılmasına, eləcə də kibertəhlükəsizlik müdafiəmizi gücləndirməyə imkan verəcək ", - deyə “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə bildirib.

“Infosec IQ”nin kibertəhlükəsizlik məlumatlandırma həlləri haqqında ətraflı məlumatı aşağıdakı keçidə daxil olaraq əldə etmək olar: https://securityiq.infosecinstitute.com/

NEQSOL Holding 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti