...

İlon Mask bu gün Bakıdakı tədbirdə onlayn çıxış edəcək

Cəmiyyət Materials 5 Oktyabr 2023 14:19 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.

Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, YouTube kanalında, eyni zamanda, 74-cü Beynəlxalq Astronavtika Konqresinin "X" platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti