...

"JEK"lərə ödənilən pullar hara gedir?

Cəmiyyət Materials 17 Oktyabr 2023 20:20 (UTC +04:00)
"JEK"lərə ödənilən pullar hara gedir?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“JEK”lərin fəaliyyəti hər zaman cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bir çox vətəndaşlar “JEK”lərə ödənişləri gərəksiz hesab edir, ödənişi ödəməkdən imtina edirlər. Bu gün “JEK”lərin də əsas problemlərindən biri məhz elə vətəndaşların ödənişləri ödəməməsidir. Hazırda “JEK”lərdə vətəndaşların illərlə ödəmədiyi gecikmiş ödənişlər mövcuddur. Bəs “JEK”lər yığdıqları ödənişləri hara sərf edir? Bu sual hər bir vətəndaşı maraqlandırır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, “JEK”lər təsərrüfat hesablı müəssisələrdir.

“Onlar özləri özlərini maliyyələşdirirlər. “JEK”lərin yığdığı vəsaitin bir hissəsi fəaliyyət göstərdikləri ərazinin abadlaşdırlması üçün müəyyən tədbirlərin və xidmətlərin göstərilməsinə yönəldilir, bir hissəsi həmin müəssisələrdə çalışan insanların əməkhaqqına xərclənir.

Yerdə qalan vəsait digər müəyyən məsələlərin həllinə yönəldilir. Açıq demək lazımdır ki, təsərrüfat hesablı “JEK”lər vəsait topladıqda sonra son illərdə onların fəaliyyətində dönüş var. İstər ərazilərin təmizlənməsində, istər yaşıllıqların qorunmasında və yaşıllıqlara xidmət göstərilməsində hiss olunur ki, müəyyən irəliləyişlər var.

Hesab edirəm ki, “JEK”lərin maliyyə imkanlarının artırılması çox vacibdir. Burada müəyyən qədər məsələ vətəndaşların üzərinə düşür ki, onlar göstərilən xidmətlərə görə ödənişləri vaxtında ödəsinlər”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti